idman

Zidan: \"Ronaldo daha artığını edə bilərdi\"...

  • 03 Feb 2018
  • 317 baxış

"Real"ın baş məşqçisi Zinəddin Zidan komandanın hücumçusu Kriştiano Ronaldo haqqında fikirlərini bölüşüb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, fransız mütəxəssis ondan çox şey gözlənildiyini normal hesab edir:

"Digər futbolçulardan fərqli olaraq, biz həmişə Ronaldodan daha çox şey gözləyirik. Çünki o klubun aparıcı oyunçusudur. Hər oyun bitəndə insanlar "Ronaldo daha artığını edə bilərdi" düşünürlər. Mən ondan və digər oyunçulardan razıyam. İndiki halda biz pozitiv olmalıyıq. Nəticədə mən keçmişə yox, gələcəyə önəm verirəm"

>

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR