Dünya
Suriyadan daha bir ürəkağrıdan görüntü - FOTO
Suriyanın İdlib şәhәrinin Maarat ən Numan qəsəbəsinə zərbələr endirilib.
XalqTV.com Anadolu Agentliyinə istinadla xəbər verir ki, şəhərin Maarat el Numan bölgəsindəki xəstəxanaya kimyəvi silahla hücum edilib.
BBC-nin müxbiri Riam Dalatinin söylədiyinə görə, hücum zamanı xlor qazından istifadə edilib. O, xəstəxanada çəkdiyi görüntüləri paylaşıb. Xlor qazı ilə zəhərlənənlər arasında bir neçə günlük körpə də var.
Suriyalı müxaliflərin dediyinə görə, hücumu Rusiya hərbi təyyarələri gerçəkləşdirib.
>Anadolu agentliyinin məlumatına görə, xlor qazından 7 nəfər zəhərlənib.
Qeyd edək ki, ötən gün İdlibə edilən hava hücumu nəticəsində 8 mülki vətəndaş həyatını itirib. Ümumilikdə yanvar ayında isə 211 mülki vətəndaş həlak olub.
Bəxtiyar Umarlı
XalqTV.com
RƏYLƏR