idman

Messinin azadlıqdan məhrum edilmə cəzası təsdiqləndi

  • 24 May 2017
  • 272 baxış

İspaniyanın Ali Məhkəməsi "Barselona"nın ulduz futbolçusu Lionel Messinin 21 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasını təsdiqləyib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, argentinalı futbolçunun 3 il ərzində imic hüquqlarından əldə etdiyi vəsaiti vergi orqanlarından gizlətməsi sübuta yetirilib. Messi və atası 2007, 2008 və 2009-cu illərdə 4.1 milyon avro vergidən yayınmaqda şübhəli bilinərək 2016-cı ilin iyununda məhkəmə qarşısına çıxarılmışdı. Argentinalı ulduza verilən bu cəza onun həbsxanada olmasını şərtləndirmir. İspaniya qanunlarına görə 2 ildən az müddətə təyin edilən azadlıqdan məhrumetmə cəzası şərti xarakter daşıya bilər.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/23/cached-xeber-1349-messinin-azadliqdan-mehrum-edilme-cezasi-tesdiqlendi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11