Dünya
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Əslən ingilis olan amerikalı aktyor, 77 yaşlı Con Mahoni ABŞ-ın Çikaqo şəhərindəki hospitalda dünyasını dəyişib.
Onun ölüm səbəbi xərçəng xəstəliyidir.
XalqTV.com CBS-ə istinadən bildirir ki, aktyor NBC telekanalında 90-cı illərdə nümayiş etdirilmiş "Frasier" sitkomundakı rolundan sonra məşhurlaşıb.
İngiltərənin Bləkpul şəhərində doğulan, 1959-cu ildə ABŞ vətəndaşlığını alan aktyor "The American President", "Say Anything..." və "Eight Men Out" filmlərindəki rolları ilə də tanınırdı.
>"Emmy" və "Golden Globe" mükafatlarına nominant olmuş Con Mahoni ailə qurmamışdı.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
RƏYLƏR