Britni Spirs iranlıya ərə gedəcək - FOTO
Məşhur amerikalı müğənni Britni Spirs qeyri-rəsmi nikahda olduğu sevgilisi Sem Əsgəri ilə münasibətlərini leqallaşdırmaq niyyətindədir.
XalqTV.com TMZ-yə istinadən bildirir ki, 36 yaşlı müğənni 23 yaşlı sevgilisi ilə fotolarını İnstagram-dakı profilində paylaşaraq yazıb: "Artıq bir ildir ki, bu gözəl insanla birlikdəyəm. O, məni daha yaxşı olmağa ruhlandırır. Özümü dünyanın ən bəxtəvər qızı kimi hiss edirəm".
Əslən iranlı olan Sem, daha doğrusu, Hişam Əsgəri fitnes təlimatçısıdır. O, Britni Spirsin fərdi məşqçisi idi. Onlar 2016-cı ilin oktyabr ayında Spirsin "Slumber Party" videosunun çəkilişlərində tanış olublar.
>XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin