idman

\"Qarabağ\"a 2,5 milyon dollarlıq şərt

  • 06 Feb 2018
  • 260 baxış

"Mamelodi Sandauns"un hücumçusu Xama Billiatın "Qarabağ"a transferinin hələ də baş tutmamasının səbəbi müəyyənləşib.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, 28 yaşlı forvardın transfer qiyməti bu keçidi əngəlləyir.

Bildirilir ki, yerli "Orlando" klubu ilə yanaşı, "Qarabağ" hələ də Zimbabve millisinin üzvündən əl çəkməyib və danışıqlar davam edir. Azərbaycan çempionu futbolçunun özü ilə ilkin razılıq əldə etsə də, onun klubu ilə ortaq məxrəcə gələ bilmir.

Problem ondadı ki, "Mamelodi Sandauns" qol "silahı"nın transferindən 2,5 milyon dollar gəlir əldə etmək niyyətindədi. Lakin ağdamlılar tələb edilən bu məbləğin yüksək olduğu qənaətindədi. Bununla belə, danışıqların hələ də dondurulmadığı vurğulanıb.

>

O ki qaldı "Orlando"ya, onlar da Billiatın keçidində israrlı görünürlər. Pirates təmsilçisi futbolçuya daha yüksək maaş təklif edib. Belə ki, "Mamelodi Sandauns"da aylıq məvacibi 13 min dollar olan forvarda "Orlando" 16 min dollar ödəməyə hazırdı. Lakin Billiat karyerasını Avropada davam etdirməyi hədəfləyir. Afrikadan getmək istəyən futbolçu "Mamelodi Sandauns"la yaya qədər olan müqavilə müddətini uzatmağa da razılıq verməyib.

Qeyd edək ki, 2013-cü ildən "Mamelodi Sandauns"un formasını geyinən Xama Billiat Zimbabve millisinin heyətində 26 oyun keçirib, 7 qola imza atıb.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR