SAĞLAMLIQ

Azərbaycanda donorların sayı 85 mini ötüb

  • 07 Feb 2018
  • 357 baxış

2017-ci ildə Mərkəzi Qan Bankı üzrə donorların sayı 44 957 nəfər, respublika üzrə donorların sayı isə 85 253 nəfər olub.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

O qeyd edib ki, ötən il tədarük edilən qanın miqdarı 40670,5 litr olub.

Z.Əlimirzəyeva bildirib ki, 2017-ci ildə nikahqabağı müayinədən 135 990 nəfər keçib. Onlardan 3891 nəfərində talassemiya daşıyıcılığı, 449 nəfərində sifilis, 119 nəfərində QİÇS təyin edilib:

>

"Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 41 olub. Bu cütlüklərin 39-u instituta müraciət edib. 22 nəfərə hamiləlik zamanı prenatal diaqnostika aparılıb. Ümumilikdə isə 2015-ci il iyunun 1-dən indiyədək 373 680 nəfər müayinədən keçib. Onların 14 364-də talassemiya daşıyıcılığı, 1349-da sifilis, 293-də QİÇS təyin edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 134 olub. Bu cütlüklərin 86-sı instituta müraciət edib. 44 nəfərə hamiləlik zamanı prenatal diaqnostika aparılıb. Onlardan 11 xəstə, 26 daşıyıcı və 7 sağlam döl müəyyənləşdirilib".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO