SAĞLAMLIQ

Üç yaşlı Arzunun ölümünün səbəbləri açıqlandı

  • 07 Feb 2018
  • 384 baxış

Sumqayıt şəhər sakini, 2013-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da, günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının iltihabından əməliyyat olunub.

XalqTV.com xeberle.com-a istinadən xəbər verir ki, həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.

Sumqayıt Şəhər Məhkəməsində, hakim Ruqiyyə Əsgərovanın sədrliyi ilə keçirilən bir neçə məhkəmə prosesindən sonra hakimin qərarı ilə iş yenidən ekspertizaya göndərilib.
Ekspertiza işinə Respublikanın baş anestezioloqu Aydın Qədirovun rəhbərliyi ilə baxılmasına qərarı verilib.

Ekspertiza rəyi bir neçə gün öncə məhkəməyə və zərərcəkmiş şəxslərə təqdim olunub.
Rəyə görə, üç yaşlı Arzu Qurbanlının ölümündə birbaşa həkimin günahı olduğu, yaş həddi nəzərə alınmadan, əməliyyatdan öncə ona anestetik vasitə olan "Kolipsol" dərman preparatını 1-2 mq/kq vurmaq əvəzinə, normadan xeyli artıq - 150 mq dozada vena daxilinə yeritməsi anestioloji ağırlaşmaya səbəb olub.

Əməliyyatdan sonra qusmanın erkən və sonrakı profilaktikasını aparmayıb, xəstəyə dinamik nəzarəti həyata keçirməyib.

>

Müşahidə edilən qusma qeyd edilən dərman preparatının əks təsirindən yaranıb, qusuntu kütləsi tənəffüs yollarına düşərək xəstənin asfiksiyadan ölməsinə səbəb olub.

Bildirilir ki, həmin tibbi pozuntularla Arzu Qurbanlının ölümü arasında birbaşa səbəbli əlaqələr vardır.

Növbəti məhkəmə prosesi 2018-ci il fevral ayının 14-ü, saat 10:00-da keçiriləcək. 

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO