idman

\"Onlar irəli addım atıb titullar qazanmağa qadirdir\"

  • 09 Feb 2018
  • 283 baxış

Uels millisinin baş məşqçisi Rayan Qiqqs "Tottenhem"in əsas qol silahı Harri Keyn barədə fikirlərini bölüşüb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis bunları deyib:

"Keynin İngiltərə millisində kapitan olmasının zərurətini qeyd edən Runi ilə razıyam. Harri komandanın oyununa böyü təsir göstərir və nümunəvi futbolçudur. Titullar uğrunda mübarizə aparan kluba transfer yeni səviyyəyə keçmək deməkdir. Eyni zamanda doğma komandada bunu etmək xüsusi bir şeydir. Əksər futbolçular ikinci vairanta üstünlük verir. Bir halda ki, klubun əla məşqçisi var və yeni stadionu tikilməkdədir. "Tottenhem"in "qızıl heyət"inə daxil olan gənc futbolçularıdan da çox şey asılıdır. Onlar irəli addım atıb titullar qazanmağa qadirdir. Onlar "Mançester Yunayted", "Mançester Siti" və "Çelsi" ilə rəqabət aparmalıdır deyə işləri çətindir.

>

Keyn başqa çempionatlara baxıb "Real"la 3 dəfə Çempionlar Liqasının qalibi olan Qaret Beylin nümunəsini görə bilər".

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR