Dünya
Afrində Türkiyənin hərbi helikopteri vuruldu
Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyəyə məxsus hərbi helikopter vurulub.
XalqTV.com-ın Trend-ə istinadən məlumatına görə, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının İstanbul əyalət təşkilatının toplantısında deyib.
"Az əvvəl helikopterimiz vuruldu. Təbii ki, bütün bunlar olacaq. Müharibənin içindəyik. İtkimiz olacaq, amma bizm bir helokopterimiz vuruldusa, onlar bunun əvəzini qatbaqat ödəyəcəklər".
>Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
XalqTV.com
RƏYLƏR