idman

Fransalı futbolçu Mərakeş millisini seçdi

  • 12 Feb 2018
  • 1323 baxış

"Napoli"nın qış transferi Zinəddin Maşeş mərakeş millisində çıxış edəcək.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Mərakeş Futbol Federasiyasının nümayəndələri ilə bir neçə görüşdən sonra buna razılıq verib. Maşeş Marsel şəhərində dünyaya gəlib və Fransa vətəndaşıdır. Onun atası əlcəzairli, anası isə mərakeşlidir. Ötən mövsüm "Toulouse" klubunun liderlərindən olan Maşeş yanvarda Neapol klubu ilə 4.5 illik müqaviləyə imza atmışdı.

Mərakeş millisi 2018-ci il dünya çempionatına vəsiqə qazanandan sonra federasiya komandanı gücləndirə biləcək və ölkə ilə hər hansı əlaqəsi olan futbolçuların axtarışına başlamışdı. Maşeşdən başqa siyahıda daha bir neçə namizədin adı var. Mərakeş mundialın qrup mərhələsində İran, Portuqaliya və İspaniya ilə qarşılaşacaq.

>

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-13634-fransali-futbolcu-merakesh-millisini-secdi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11