Dünya

Türkiyə daha bir kəndi terrorçulardan azad etdi

  • 13 Feb 2018
  • 317 baxış

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı 25 gündür davam edir.

XalqTV.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə bu gün daha bir kəndi terrorçulardan azad edib.

Türkiyə Silahlı Qüvvələrinin əsgərləri Azad Suriya Ordusunun əsgərləri ilə birlikdə Ömer Simo kəndini tutublar.

>

Ordu qərargahından verilən məlumata görə, 25 gün ərzində 1439 terrorçu zərərsizləşdirilib.

Bəxtiyar Umarlı
XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR