Xəbərlər

İnsan hissləri və əsəbinin nadir "xəritə"si - FOTO

  • 13 Feb 2018
  • 1516 baxış

1925-ci ildə ABŞ-ın Missuri ştatındakı Kirksvill şəhərində yerləşən Osteopatiya Kollecinin iki tələbəsinə professorlar tapşırıq vermişdilər. Diplom almaq üçün bu tələbələr cəsədi yarmalı, amma onun sinir sistemini parçalamamalı idilər.

Tələbələr M.A.Şalk və L.P.Ramsdell tapşırığı alandan sonrakı il ərzində 1500 saatlıq vaxt sərf edərək cəsədi yarıblar və sinir sistemini parçalamadan üzə çıxarıblar.

XalqTV.com LiveScience-ə istinadən bildirir ki, eksponat hazırda ATU Universitetinin nəzdindəki Osteopatiya Təbabəti Muzeyində (Museum of Osteopathic Medicine at A.T. Still University, ATSU) nümayiş olunur.

Eksponat cəsədin beynindən başlayaraq ayaqlarınadək yarılmanın nəticəsidir.

Muzeyin direktoru Ceyson Hekstonun dediyinə görə, tələbələr insan orqanizmindəki sinirlərin labirintini çözüblər: "Onlar hər siniri kəsib təmizləyəndən sonra onu konserpt hopdurulmuş pambığa bükmüşdülər. 1500 saatlıq zəhmətdən sonra Halk və Ramsdell kəsilmiş sinir sistemini ağac parçasında "yığıblar". Sinir sisteminə izahrlar üçün yüzlərlə kağız parçası da bərkidilib.

Şalk və Ramsdellin əsəri olan bu sinir sisteminin hazırda dünyada, sadəcə, 3 analoqu var.

>

Həmin sistemlərdən biri Smitson Muzeyində, ikincisi Taylanddakı Tibb Muzeyində, üçüncüsü isə Filadelfiyadakı Dreksell Universitetindədir.

ATSU-dakı sinir sistemi eksponatının dəyəri minimum 1 milyon dollardır.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

/>

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR