Dünya
Afrində öldürülən terrorçuların sayı 1600-ə çatır
Türkiyə Baş Qərargahı Suriyanın Afrin bölgəsində aparılan antiterror əməliyyatı ilə bağlı məlumat yayıb.
XalqTV.com Yeni Şafak-a istinadla xəbər verir ki, məlumata görə, əməliyyat başlayandan bu vaxtadək ümumilikdə 1595 terrorçu məhv edilib.
16 fevral tarixində PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus obyektlər dağıdılıb, 44 terrorçu zərərsizləşdirilib.
>Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.
Bəxtiyar Umarlı
XalqTV.com
RƏYLƏR