Dünya

TAP-a 1,2 milyard kredit ayrılacaq

  • 20 Feb 2018
  • 386 baxış

"Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəməri (TAP) layihəsinə 1,2 milyard avroyadək kredit ayırmağı planlaşdırır".

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu Reuters-ə AYİB-in Qafqaz, Moldova və Belarus üzrə regional direktoru Bruno Balvanera deyib.

O qeyd edib ki, 500 milyon avroyadək məbləğ Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən birbaşa, 700 milyon avro isə sindikatlaşdırılmış kredit qismində ayrılacaq:

"Kredit ayrılması barədə yekun qərarın 2018-ci ilin ortalarına qəbul edilməsi gözlənilir".

>

Qeyd edəl ki, "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi olan TAP-ın ümumi dəyəri 4,5 milyard avro təşkil edir və Tükiyə-Yunanıstan sərhədində digər qaz kəməri ilə - TANAP-la birləşəcək.

TAP-ın ilkin gücü ildə 10 milyard kubmetr təşkil edəcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/17/cached-xeber-13799-tap-a-1-2-milyard-kredit-ayrilacaq..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11