İqtisadiyyat

Venesuela nefti kriptovalyutaya satacaq

  • 21 Feb 2018
  • 362 baxış

Venesuela Prezidenti Nikolas Maduro ölkənin neft şirkətlərinə öz məhsullarını kriptovalyutada satmağı tapşırıb.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bugündən etibarən neft məhsulları petro kriptovalyutası ilə satılacaq.

Bundan başqa, ölkənin milli aviaşirkətlər assosiasiyası öz xidmətləri üçün petro ilə ödəniş etməyə başlayacaq.

>

Qeyd edək ki, petro Venesuelanın satışa çıxardığı kriptovalyutadır. Onun dəyəri Venesuela neftinin qiymətinə uyğun müəyyənləşdiriləcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR