Saqqal onun həyatını dəyişdi - FOTO
Saqqal insanın həyatını dəyişə bilərmi? Bilər.
Uelsdə yaşayan Qvilim Pyunun həyatı məhz saqqal saxlamağa başlayandan sonra başlayıb.
XalqTV.com The Times-a istinadən bildirir ki, Qvilimin həyatında köklü dəyişiklik 21 yaşı olanda başlayıb. O zaman Qvilim biznesmendi, yaratdığı sığorta şirkətinə rəhbərlik edirdi.
Ofisdə oturaq iş, üstəlik aldığı zədə ucbatından idmanla məşğul ola bilməməsi və tənbəllik onun sürətlə kökəlməsinə səbəb olmuşdu.
/>
Daha doğrusu, Qvilimin çəkisi 127,3 kiloqrama çatmışdı.
9 il əvvəl, günlərin birində Qvilim yollandığı bərbərxanada məsləhət alıb.
>Bərbər Natan Palmer ona "Cənab, saqqal saxlasanız daha fərqli görünərsiniz" deyib.
"O vaxtlar gündə 12 saat işləyirdim, ətalətli həyat tərzi yaşayırdım. Üstəlik zədələrim də vardı. Yəni idmanla məşğul ola bilmirdimm. Lakin Natanın məsləhətinə qulaq vermək qərarına gəldim. Saqqal saxlamağa, idmanla məşğul olmağa başladım. Beləcə, saqqal həyatımı dəyişdi", - Qvilim söyləyib.
/>
Daha sonra o, pəhrizə və məşqlərə başlayıb.
Qvilim indi xeyli arıqlayıb, atletik bədən quruluşuna malik olub.
Hazırda Londonda çalışan Qvilim dünyanın ən məşhur brendlərinin reklam fotosessiyalarına çəkilir.
XalqTV.com