Dünya
Venesuela artıq ikinci kriptovalyutasını buraxır
Venesuela dövriyyəyə ikinci kriptovalyutasını buraxmağa hazırlaşır.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro bəyan edib.
Qeyd edək ki, bu, artıq 1 ay ərzində Venesuelanın buraxdığı ikinci kriptovalyutadır.
Prezidentin sözlərinə görə, "qızıl El Petro" artıq növbəti həftə dövriyyəyə buraxılacaq. Məlumata görə, bu kriptovalyuta bir həftə öncə dövriyyəyə çıxan "həmqardaşı" ilə eyni parametrlərə malik olacaq.
>Qeyd edək ki, fevralın 20-da Venesuelanın ilk kriptovalyutası "El Petro" dövriyyəyə buraxılıb.
Bundan 1 gün sonra isə ölkə prezidenti Nikolas Maduro isə ölkənin neft şirkətlərinə öz məhsullarını kriptovalyuta ilə satmağı tapşırıb.
XalqTV.com
RƏYLƏR