SAĞLAMLIQ

Sürətli yemək piylənmə riskini artırır

  • 23 Feb 2018
  • 426 baxış

Alimlər yavaş yeməyin piylənmə riskini azaltdığını müəyyənləşdiriblər.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, Yaponiyada şəkərli diabet xəstələrin iştirakı ilə aparılan araşdırma nəticəsində yavaş və rejimlə yeyən insanlarda bel bölgəsindəki yağlanmanın və ümumi bədən kütlə indeksinin daha az olduğu məlum olub.

Tədqiqat əsnasında Yaponiyada 2008-2013-cü illər arasında mütəmadi yoxlanışdan keçən ikinci tip 59 min 700 diabet xəstəsinə yemək vərdişləri ilə bağlı suallar verilib. İştirakçılar gündə neçə dəfə və nə qədər sürətlə yedikləri, səhər yeməyi və yatmadan əvvəl yemək yeyib-yemədikləri barədə 7 suala cavab veriblər.

Nəticələr göstərir ki, sürətli yemək piylənmə riskini artırır. Yavaş yeyən iştirakçılardan 21,5, normal sürətlə yeyənlərdən 30, sürətli yemək yeyənlərdən isə 45 faizinin piylənmədən əziyyət çəkdiyi məlum olub.

Bədən kütlə indeksinin yavaş yemək yeyənlərdə ortalama olaraq 22-dən bir az çox, normal yeyənlərdə 23,5, sürətli yeyənlərdə isə təxminən 25-ə yaxın olduğu təsbit edilib. Bel ətrafındakı yağların da yemək yemə sürəti artdıqca çoxaldığı məlum olub.

>

Tədqiqatın nəticələrinə əsasən, yavaş və müntəzəm yemək yeyən, səhər yeməyini qaçırmayan, gecə yatmazdan əvvəl yeməyən insanlarda şişman olma riski azalır.

Digər tərəfdən yemək yemə vərdişlərini dəyişdirən xəstələrdə də bədən kütlə indeksinin azaldığı müəyyənləşib.

Araşdırmanın nəticələri "BMJ Open" elm dərgisində yayımlanıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45970 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 864 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 863 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 854 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 953 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO

Warning: fopen(../cache/2026/05/12/cached-xeber-13853-suretli-yemek-piylenme-riskini-artirir..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11