Xəbərlər
Növbəti hədəflərindən biri Azərbaycandır - FOTO
İngiltərəli cütlük - Endi Davidson və Alissa Patter 4 ay öncə sahib olduğu ev və avtomobili sataraq 10 illik dünya turuna çıxıblar.
XalqTV.com axşam.az-a istinadən bildirir ki, motosikletlə tura çıxan ər-arvad ötən gün Türkiyənin İznik əyalətinə çatıb.
İndiyənədək Fransa, Almaniya, Avstraliya, Slovakiya, Macarıstan, Serbiya, Bulqarıstan və Yunanıstanda olan cütlük 5 min kilometr yol qətt edib.
>Bu gündən səyahətə davam edən Davidson və Patter qarşıda Gürcüstan, Ermənistan, Azərbaycan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Moqolustan, Yaponiya, Hindistan, Asiya, Şimali Amerika və Şimali Afrikanı görmək niyyətində olduqlarını bildiriblər.
XalqTV.com
RƏYLƏR