Xəbərlər

Məzahir Pənahova ağır itki

  • 24 Feb 2018
  • 1312 baxış

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşı vəfat edib.

Xalqtv.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, MSK sədrinin qardaşı Mahir Pənahov uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkirmiş. O, 2013- cü  ildən  etibarən Vergilər Nazirliyində  çalışıb. Nazirliyin Milli  Gəlirlər Departamentinin baş direktorunun müavini vəzifəsində işləyib.

Qeyd edək ki, M. Pənahov 1960- cı ildə Tovuz rayonunda anadan olub. Onun nəşi anadan olduğu Tovuz rayonunda torpağa tapşılıracaq. 

Mərhumun yas mərasimi martın 1-də Heydər məscidində keçiriləcək.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR