idman
Rüstəm Orucov gümüş medal qazandı
Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb.
XalqTV.com "Report"a istinadən bildirir ki, o, finalda təcrübəli yaponiyalı olimpiya və 4 qat dünya çempionu Şohey Ono ilə qarşılaşıb.
Görüş 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının finalında olduğu kimi, Ononun qələbəsi ilə yekunlaşıb. Beləliklə, titullu cüdoçu Düsseldorfda ilk görüşdə yendiyi Hidayət Heydərovdan sonra daha bir azərbaycanlı cüdoçuya qalib gələrək, qızıl medal qazanıb.
>81 kq-da yer alan Fəqan Quluzadə də elə ilk görüşdə polşalı Damian Şvarnoveçkiyə uduzaraq, mübarizəni dayandırıb.
İlk yarış günündə Azərbaycan cüdoçuları medalsız qalıblar.
XalqTV.com
RƏYLƏR