Dünya

Fransada 2 terror aktının qarşısı alındı

  • 25 Feb 2018
  • 309 baxış

Fransanın hüquq mühafizə orqanları 2018-ci ilin əvvəlindən başlayaraq iki terror aktının qarşısını alıb.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Jerar Kollon bəyan edib.

"Yanvarın 1-dən başlayaraq iki terror aktının törədilməsi planlarının qarşısı alınıb",-deyə o bildirib.

>

Onun sözlərinə görə, terrorçular hücumlardan birini idman obyektində, digərini isə hərbçilərə qarşı törətməyi planlaşdırıdılar. Terror aktları Fransanın şimalında və qərbində həyata keçirilməliydi.

Nazir həmçinin vurğulayıb ki, Fransada terror təhdidi yüksək olaraq qalır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR