idman

Renat Dadaşovun qolu "Ayntraxt"ı xilas etmədi

  • 26 Feb 2018
  • 1802 baxış

Almaniyanın "Ayntraxt" klubunun U-19 kollektivi gənclər arasında təşkil olunan Bundesliqanın cənub zonasında növbəti matçına çıxıb.

XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, frankfurtlular 19-cu tur çərçivəsində səfərdə "Qroyter"lə qarşılaşıb. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:2.

"Ayntraxt"da çıxış edən milli komandamızın forvardı Renat Dadaşov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Dadaşov 32-ci dəqiqədə hesabı 2:1 edərək komandasını hesabda önə keçirən qola imza atıb. Lakin qalan dəqiqələrdə frankfurtlular daha iki qol buraxaraq meydanı məğlub tərk ediblər. Renat bu oyunda sarı vərəqə ilə də cəzalanıb.

>

17 matçdan sonra aktivində 19 xal olan "Ayntraxt" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-13926-renat-dadashovun-qolu-ayntraxti-xilas-etmedi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11