idman

Şehiç “500”ü geridə qoydu

  • 26 Feb 2018
  • 1311 baxış

"Qarabağ"ın qapıçısı İbrahim Şehiç Azərbaycan Premyer Liqasındakı quru oyunlar seriyasını 6-ya çatdırıb.

Apasport.az saytının məlumatına görə, XVII turun "Kəpəz"lə ev matçında (1:0) da qapısını toxunulmaz saxlayan bosniya və herseqovinalı sonuncu dəfə IX turda qol buraxıb.

O, 2017-ci il oktyabrın 22-də keçirilən "Qəbələ" ilə qarşılaşmanın (0:1) 8-ci dəqiqəsində Asif Məmmədovun fərqlənməsinə mane ola bilməyib. Həmin qoldan sonra Şehiç meydanda olduğu matçlarda uğurlu seriyaya imza atıb.

Ötən il "Səbail" (1:0), "Kəpəz" (2:0) və 30-cu dəqiqəsində qırmızı vərəqə aldığı "Sumqayıt"la (2:0), mövsümün ikinci yarısında isə "Qəbələ" (0:0), "Səbail" (1:0), "Kəpəz"lə görüşlərdə top buraxmayan İbrahimin quru seriyası 62-yə dəqiqəyə çatıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-13942-shehic--500-u-geride-qoydu..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11