İqtisadiyyat

Yeni fond yaradılır

  • 27 Feb 2018
  • 437 baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ölkənin sığorta şirkətləri ilə Əməyin Mühafizəsi Fondunun yaradılması barədə danışıqları davam etdirir.

XalqTV.com bildirir ki, bunu Trend-in sualına cavab verərkən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazirin sözlərinə görə, bu Fondun yaradılması Əmək Məcəlləsi ilə nəzərdə tutulub və onun yaradılması Azərbaycanda əməyin mühafizəsi sahəsini təkmilləşdirməyə kömək edəcək:

"Bu gün Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta haqqında qanun mövcuddur. Amma bu qanuna görə, sığorta dövlət tərəfindən yox, bu sahədə lisenziyaya sahib olan sığorta şirkətləri tərəfindən həyata keçirilir".

>

S.Müslümov qeyd edib ki, sığorta təşkilatları Əməyin Mühafizəsi Fondunun yaradılmasında fəal iştirak etməlidir:

"Bu, sığorta şirkətlərinə fondun işində iştirak etməyə və daxilolmalara nəzarət etməyə imkan verəcək. Mən həm də hesab edirəm ki, sığorta şirkətlərinin gəlirlərinin bir hissəsi bu Fonda yönəldilməlidir".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-13976-yeni-fond-yaradilir..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11