Dünya

Qonşu ulduzda PARTLAYIŞ olub

  • 27 Feb 2018
  • 26008 baxış

Günəş sisteminə ən yaxın olan ulduzda güclü partlayış qeydə alınıb.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bir qrup amerikalı mütəxəssis Atakama səhrasında yerləşən ALMA teleskopu vasitəsilə Sentavr Proksima ulduzunda güclü partlayışlar müşahidə ediblər.

Qeyd olunur ki, bu ulduzda baş verən partlayış enerji axınına görə Günəşdəki partlayışlardan fərqlənir.

>

Alimlər bu partlayış nəticəsində Sentavr Proksimasının orbitindəki planetlərin güclü radiasiyaya məruz qaldığını düşünürlər.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR