idman

AFFA “Zirə”nin futbolçularını cəzalandırdı

  • 28 Feb 2018
  • 30336 baxış

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Xalqtv.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının və əvəzedicilərin çempionatının 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

Topaz Premyer Liqasının 17-ci turunun “Neftçi” - “Zirə” matçının 76-cı dəqiqəsində “Zirə”nin futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

Əvəzedicilərin çempionatının 17-ci turunun “Neftçi” - “Zirə” matçının 42-ci dəqiqəsində “Zirə”nin futbolçusu Milad Bayramov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-13992-affa--zire-nin-futbolcularini-cezalandirdi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11