Dünya

Tramp Təmim bin Həməd Al Tanini ABŞ-a dəvət edib

  • 01 Mar 2018
  • 339 baxış

ABŞ prezidenti Donald Tramp və Qətər əmiri Təmim bin Həməd Al Tani arasında telefon danışığı olub.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. Söhbət zamanı Tramp Qətər əmirini aprel ayında ABŞ-a səfər etməyə dəvət edib.

"Söhbət zamanı tərəflər ikitərəfli münasibətlərin strateji xarakterini bir daha vurğulayıb, Vaşinqtonla Doha arasında qarşılıqlı əlaqələri möhkəmləndirmək və inkişaf etdirmək səylərini təsdiq ediblər", məlumatda deyilir.

>

2017-ci il, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ rəsmi Dohanı terror qruplaşmalarını dəstəkləməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək, Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan daha bir neçə ölkə rəsmi Doha ilə diplomatik münasibətləri kəsib. ABŞ dəfələrlə ərəb dövlətlərini Qatarın iqtisadi blokadasını zəiflətməyə çağırıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR