İqtisadiyyat

Azərbaycanda yay maydan \"başlanacaq\"

  • 01 Mar 2018
  • 370 baxış

Milli Turizm Təbliğatı Bürosu Azərbaycana daha çox turist cəlb edilməsi məqsədilə maraqlı təklif irəli sürüb. Həmin təklifə əsasən, turistlər üçün yay mövsümün qabağa çəkilməsi planlaşdırılır. Yeni təklifimizin şüarı da var - "Yay maydan başlanır".

/>

Bu barədə XalqTV.com-a açıqlamasında Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə bildirib.

/>

Onun sözlərinə görə, təklif reallaşacağı təqdirdə Azərbaycana daha çox turistin gəlməsi gözlənilir: "Bilirsiz ki, bizdə yay mövsümü iyunun 15-dən sentyabrın 15-nə kimi hesab olunur. Biz bunu ən azı bir ay qabağa çəkmək, mövsümün müddətini artırmaq istəyirik. Fikrimizcə, bu, yay mövsümü adı ilə xarici ölkələrdən Azərbaycana gələnlərin sayına müsbət təsir edəcək".

>

/>

Bakıda vahid endirim kartı - Qiymətlər, qaydalar, istifadə yerləri

K.Quluzadə qeyd edib ki, onlar yaxın gələcəkdə, ümumiyyətlə, mövsümçülükdən yaxa qurtarmağa çalışacaqlar: "Turizm sənayesinin yeni formatı, ümumiyyətlə, mövsümçülüyün olmamasını nəzərdə tutur. Biz də artıq mövsümçülükdən çıxmalıyıq. Turist axının yuxarı və aşağı olduğu aylar var. Məsələn, bizdə aprel və noyabrda turistlər xeyli azalıb. Ona görə də yeni bir strategiya hazırlamışıq və artıq həyata keçirməyə başlamışıq. İstəyirik ki, turistlərin diqqətini cəlb edə biləcək bəzi böyük tədbirləri məhz o aylara salaq. Tutaq ki, "Baku Shopping Festival"ı turistlərin daha az gəldiyi vaxta salınır. Biz bu yolla həmin aylarda turistlərin sayının artmasına nail olmaq istəyirik. Əsas məsələ odur ki, göstəricilər sübut edir ki, belə tədbirlər səmərə verir".

İlkin İzzət

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR