Xəbərlər

Mərkəzi Bank: "Azərbaycanda dollarlaşmanın səviyyəsi tədricən azalacaq"

  • 01 Mar 2018
  • 1723 baxış

Azərbaycanda dollarlaşmanın səviyyəsi tədricən azalacaq.

Xalqtv.com Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov belə hesab edir.

Bakıda "Fitch Ratings" beynəlxalq agentliyinin illik iclasında iştirak edən A.Ələsgərov qeyd edib ki, ötən ilin əvvəlində Azərbaycanda dollarlaşma təqribən 80 faiz təşkil edərək pik səviyyəyə çatmışdı:

"Lakin 2017-ci il ərzində dollarlaşma səviyyəsi tədricən azalmağa başladı və ilin sonuna 10 faiz bəndi azaldı. Hesab edirik ki, yaxın perspektivdə dollarlaşma azalmaqda davam edəcək".


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR