idman

"Barselona" autsayderlə oyunda mühüm xallar itirib

  • 02 Mar 2018
  • 1131 baxış

Futbol üzrə İspaniya çempionatının 26-cı turunda "Las-Palmas" öz meydanında "Barselona"nı qəbul edib.

XalqTV.com report.az-a istinadən bildirir ki, "Qran Kanariya" stadionunda baş tutan görüş 1:1 hesabı ilə yekunlaşıb.

Oyunda hesabı qonaqlar açıb. 21-ci dəqiqədə Lionel Messi fərqlənib. Fasilədən 11 dəqiqə sonra oyunun baş hakimi Mateu Laos Kataloniya klubunun qapısına penalti təyin edib. Forvard Honatan Kalyeri 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

"Barselona" 66 xal ilə turnir cədvəlində liderliyini davam etdirir, "Las-Palmas" (20) 18-ci yerdə qərarlaşıb.

>

İspaniya Primerosu. 26-cı tur

"Las-Palmas" - "Barselona" - 1:1

Qollar: 0:1 - Messi - 21, 1:1 - Kalyeri - 48 (pen).

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR