idman
Hava limanında Messi qadağası - FOTO
İspaniya Hava yolu şirkəti olan "Vuelinq"in prezidenti Xavyer Sançes-Prieto maraqlı açıqlama ilə diqqət çəkib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, o, Messi ilə bağlı qadağa qoyulduğunu bildirib.
Sançes-Prietonun sözlərinə görə, təyyarələr argentinalı superulduzun Barselonadakı evinin üstündən keçə bilməz: "Bununla bağlı razılığımız var. Messinin evi hava limanına yaxın yerdədi. Qərara alınıb ki, təyyarələr onun evinin üzərindən keçə bilməzlər. Dünyanın heç yerində belə qadağa yoxdu".
>Qeyd edək ki, Lionel Messi 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir.
XalqTV.com
RƏYLƏR