Dünya
Lavrov dünya birliyini Somaliyə köməyə çağırdı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünya ictimaiyyətini Somali ordusunu möhkəmləndirməyə çağırıb.
XalqTV.com Trend-ə istinadən bildirir ki, rusiyalı diplomat bəyan edib ki, regionda fəaliyyət göstərən "Aş-Şabab" terror qruplaşması ilə mübarizədə Somali ordusuna və Afrika birliyinə təcili kömək lazımdır.
Lavrov əlavə edib ki, Afrika regionunda narkotik vasitələrin dövriyyəsi, ərazi mübahisələri, dəniz quldurluğu ilə mübarizə hərbi xərclərin artırılmasını zəruri edir.
>Bununla yanaşı, rus diplomat xarici ölkələrin də mübarizədə iştirakını vacib sayıb.
XalqTV.com
RƏYLƏR