Siz şopoqoliksiniz?
"Qazandığımız pula alınan paltarı geyinmək, nəqliyyat axını boyu hələ pulunu ödəmədiyimiz maşınla işə getmək. Paltarımızın, maşınımızın, hətta, içində yaşamaq hüququ qazana bilək deyə evin haqqını ödəmək üçün işə getmək. Biz əminik ki, bu, normal yaşam tərzidir". "Konsyumerizm: dünyanı hədələyən təhlükəli xəstəlik" kitabının müəllifləri istehlakçılıq həvəsinin həddini aşmasını bu cür təsvir ediblər.
XalqTV.com target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">lent.az-a istinadən xəbər verir ki, bu gün istehsal və istehlak cəmiyyəti alış-veriş asılılığı və şopoqolizm kimi yeni anlayışları meydana gətirdi. O qədər də yaşlı olmayan bu sindrom, ötən əsrin məhsuludur. Özü üçün münbit şəraitdə mağazaların, super, hiper-marketlərin, ticarət mərkəzlərinin bol-bol artdığı bir vaxtda formalaşaraq çoxlarını psixoloji virusa yoluxdurub.
Məqsədsiz şəkildə mağazaları gəzmək və lazım oldu-olmadı, xoşuna gələn hər şeyi almaq. Birləşmiş Ştatlarda 15 milyon insan bu sindromdan - alış-veriş asılılığından əziyyət çəkir. Bu ölkədə artıq psixoloqa ehtiyacı olan "anonim şopinqomanlar" cəmiyyətləri də yaranıb.
Alimlər müəyyən ediblər ki, belə insanlar mağazaya girdikləri anda rasional düşünmə qabiliyyətini itirir, beynin emosiyalara cavabdeh hissələri isə gərginlikdən partlayacaq həddə çatır.
Müasir istehsalçı və satıcılar alıcıları, əsasən də, alış-veriş prosesinə xüsusi meyli olan insanları cəlb etməyin yolunu tapıblar. Müxtəlif kampaniyalar, endirim, kreditlə satış aksiyaları, göz çıxaran reklamlar. Bütün bunların üzərində alıcıda xoşbəxtlik illüziyası yaratmağın yolunu araşdıran psixoloq və marketoloq komandaları çalışır.
>Düzdür, müasir həyatda mağazaya girmədən yaşamaq mümkün deyil. Ərzaq, paltar, dərman, gigiyena vasitələri nə cürsə alınmalıdır. Lazımi hər şeyi İnternet vasitəsilə də sifariş vermək olar. Amma bu da mağazalara virtual gəzinti, on-line alış-veriş olacaq.
Çoxları şopoqolizmi qadın xəstəliyi hesab edir. Lakin kişilər arasında da bu asılılığa düçar olanlar az deyil. Onların fərqi birdir: kişilər alış-verişə nisbətən az vaxt sərf edirlər. Daha dəqiq desək, seçimlərini daha tez edirlər.
Mağazaya girəndə planlaşdırdığınızdan daha çox şey alırsınız, o qədər də vacib olmayan hər hansı əşyanı almaq üçün borc belə götürə bilərsiniz, nə isə alanda həzz və sevinc hissi duyursunuz, stresdən çıxmağın yolunu mağazaları gəzməkdə görürsünüz. Deməli, siz şopoqoliksiniz. Bu xəstəliyə tutulmamaq, qəfil, gözlənilməz bazarlıqdan uzaq olmaq üçün alınacaq şeyləri əvvəlcədən planlaşdırmaq lazımdır. Evə qayıdandan sonra çekləri gözdən keçirmək də xərclərə baxıb vəziyyəti real qiymətləndirmək imkanı verir. Ən vacib məsələ: malın endirimdə olması, onu əldə etmək üçün səbəb deyil. Əşyanın qiyməti ucuzlaşıbsa, bu, o demək deyil ki, onu almaq vacib olub. Bundan belə nəticə çıxır ki, alış-verişə xərclənən vəsait azmış kimi, hələ psixoloqa da müraciət etməyə ehtiyac yoxdur. Sadəcə, rasional düşünmək, keçici emosiyaların ağıl üzərində müvəqqəti hakimliyinə yol verməmək yetərlidir.
XalqTV.com