idman

Ronaldu 300-cü qolu ilə \"Real\"a qələbə qazandırdı

  • 04 Mar 2018
  • 310 baxış

İspaniyanın futbol çempionatının 27-ci turu çərçivəsində "Real" "Xetafe"ni qəbul edib.

Report xarici mətbuata istinadən xəbər verir ki, matç 3:1 hesabı ilə meydan sahiblərinin qələbəsilə başa çatıb.

Meydan sahiblərinin heyətində Qaret Beyl (24-cü dəqiqədə) və Kriştianu Ronaldu (45, 78-ci dəqiqədə) fərqləniblər. Qonaqların heyətində Fransisko Portilyo (65-ci dəqiqədə) penalti ilə hesab arasındakı fərqi azaldıb.

>

Ronaldu bununla İspaniya çempionatındakı 286 oyunda 300-cü və 301-ci qolunu vurub. Portuqaliyalı oyunçu turnirin tarixində qollarının sayına görə ikinci olub.

"Real" bununla 54 xal toplayaraq, turnir cədvəlində 3-cü yerdə qərarlaşıb. "Xetafe" isə 36 xalla 10-cu yerdə mövqe tutub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-14073-ronaldu-300-cu-qolu-ile-reala-qelebe-qazandirdi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11