Hadisə

Sumqayıtda bir evdən altı meyit çıxarıldı - SİYAHI

  • 05 Mar 2018
  • 9884 baxış

Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından boğulub.

Xalqtv xəbər verir ki, Sumqayıt Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində yaşayanlar - 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, 1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova, 2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasova dəm qazından boğularaq ölüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. 

Qeyd edək ki, bu barədə ilk məlumatı "Qafqazinfo" saytı yayıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-14105-sumqayitda-bir-evden-alti-meyit-cixarildi---siyahi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11