Xəbərlər

Azərbaycanda şagirdlər dərsə həvəslə gəlirlər - Tədqiqatın nəticəsi

  • 05 Mar 2018
  • 2277 baxış

"Aparılan sorğuların nəticələrinə görə, Azərbaycanda şagirdlər dərsə həvəslə gəlirlər".

Xalqtv.com Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev PIRLS-2016 - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə dair təqdimatda çıxış edərkən deyib.

Onun sözlərinə görə, adıçəkilən tədqiqata cəlb olunan 6000-ə yaxın 4-cü sinif şagirdinin dərsə davamiyyəti yüksək səviyyədə olub. Bu şagirdlərin 55 faizi həmişə dərsə gəlib. Şagirdlərin 24 faizi ayda bir dəfə, 6 faizi 2 həftədə bir dəfə, 15 faizi isə həftədə bir dəfə və çox dərs buraxıb. Azərbaycanda həftədə bir dəfə, yaxud 2 həftədə bir dəfə dərsə gəlməyən şagirdlərlə gündəlik dərsə gələn şagirdlərin göstəriciləri arasında 40 bala qədər fərq var.

E.Əmrullayev əlavə edib ki tədqiqata cəlb olunan şagirdlərin 88 faizi özünü məktəbə bağlı hiss edir. Bu, ümumi PIRLS orta göstəricisindən yuxarıdır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR