Dünya

Renzi istefa verib

  • 05 Mar 2018
  • 380 baxış

İtaliyanın sabiq baş naziri Matteo Renzi İtaliya Demokratik partiyasının sədri vəzifəsindən istefa verdiyini bəyan edib.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, bunu M.Renzi Romada keçirdiyi mətbuat konfransında bəyan edib.

"Təbii ki, parlament seçkilərinin nəticələrinə görə partiyanın sədri vəzifəsini tərk edirəm", deyə M.Renzi bildirib.

>

Qeyd edək ki, martın 4-də İtaliyada baş tutan parlament seçkilərində M.Renzinin partiyası məğlub olub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR