Dünya

Rəqs öyrədən robot da hazırlandı - VİDEO - FOTO

  • 25 May 2017
  • 242 baxış

Rəqs etməyi bacarmırsınız? Yaxud rəqs etməyə tərəfdaş yoxdur? Narahat olmayın, robot təlimatçı rəqs edir və hətta rəqs etməyi də öyrədir.

XalqTV.com New Scientist-ə istinadən bildirir ki, Yaponiyanın Senday şəhərindəki Tohoku Universitetinin professoru Dieqo Felipe Pas Qranadosun dediyinə görə, onların yaratdıqları robot mexaniki rəqs ustasıdır.

"Bu robot ilkin rəqs təmrinlərini və hərəkətlərini bilir. Onun özəlliyi isə insandan rəqs hərəkətlərini əxz etməsi və müstəqil şəkildə təkmilləşə bilməsidir. Üstəlik, robot rəqs zamanı tərəfdaşla çox zərif davranır", - Qranados söyləyib.

1,8 metr hündürlüyü olan robotun yuxarı hissəsi rəqqas kimi hərəkət edir. Qüvvə sensoru və iki lazer məsafəölçəni robotun "şagird"inin hərəkətlərini izləyir, peşəkar rəqqasların hərəkətlərinin robotun yaddaşına yazılmış obrazları ilə müqayisə edir.

Şagirdin bacarığı artdıqca robot təlimatçı daha sərbəst davranmağa başlayır, rəqs zamanı təşəbbüsü şagirdə verməyə başlayır.

Sınaqlar zamanı rəqs edə bilməyən könüllülər robot təlimatçı sayəsində rəqs öyrəniblər.

Sınaqların sonucları bu ayın sonunda Sinqapurda keçiriləcək Beynəlxalq Robot Texnikası və Avtomatlaşdırma konfransında açıqlanacaq.

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" />

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR