Dünya
Ərəb qadın ona sataşanları döydü - VİDEO - FOTO
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda qadın ona zahiri görünüşünə irad tutan, sonra da söz ataraq sataşan kişiləri zopa ilə döyüb.
XalqTV.com Al Jazeera-ya istinadən bildirir ki, olay şəhərin mərkəzindəki parklardan birində yaşanıb.
6 yaşlı qızı ilə parkda gəzintiyə çıxmış gənc qadına yaxınlaşan üç kişi onun geyiminin "mömin müsəlman qadına uyğun olmadığını" söyləyib.
Daha sonra onlar qadına söz atmağa, sataşmağa başlayıblar.
>Qadın sinirlənib və ağacın dibindəki taxta zopanı götürərək ona sataşanları döyməyə başlayıb.
Hadisənin videosu sosial şəbəkələrdə yayılandan sonra Ər-Riyad polisi araşdırmaya başlayıb.
XalqTV.com
Videonu izləmək üçün şəklə klikləyin:
> >
RƏYLƏR