Dünya

Hindistanda Leninin heykəlini uçurublar

  • 06 Mar 2018
  • 303 baxış

Hindistanın şimal-şərqindəki Beloniya şəhərində naməlum şəxslər Vladimir Leninin heykəlini buldozerlə uçurub.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, hadisə millətçi partiyanın yerli seçkilərdə qalib gəlməsindən 2 gün sonra baş verib.

Qeyd olunur ki, bölgədə uzun müddət Kommunist partiyası hakim partiya olub.

>

Hindistanda paytaxt Dehli də daxil olmaqla, Leninin bir neçə heykəli mövcuddur. Beloniya şəhərindəki heykəl keçmiş SSRİ rəhbərinin Hindistanda uçurulan ilk heykəli olub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR