Dünya

İspaniya 6 tonluq peykini fəzaya buraxdı

  • 06 Mar 2018
  • 306 baxış

"SpaceX" şirkəti 6 tonadək çəkisi olan İspaniyanın "Hispasat 30W-6" rabitə peykini fəzaya buraxıb.

XalqTV.com-ın Trend-ə istinadən məlumatına görə, peyk bu gün səhər saatlarında ABŞ-ın Kanaveral kosmodromundan "Falcon 9" raket daşıyıcısı vasitəsilə buraxılıb.

Peykin buraxılışı martın 4-ə nəzərdə tutulsa da, bir sıra sistem sınaqları üçün uçuş bu günə keçirilmişdi.

>

Qeyd edək ki, "Hispasat" Avropa, Şimali Afrika, eləcə də Şimali və Cənubi Amerika ölkələrinə telekommunikasiya siqnalları ötürəcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR