SAĞLAMLIQ

Nanorobotlar xərçəng ilə mübarizə aparacaq

  • 07 Mar 2018
  • 432 baxış

Çin Nanoelmlər və Texnologiyalar Mərkəzinin alimlərinin məlumatına görə, onlar təhlükəli şişlərə qarşı uğurla mübarizə aparan dünyada ilk avtonom DNK nanorobotlar yaratmağa və onu sınaqdan keçirməyə müvəffəq olublar. Hər bir belə nanorobotun ölçüsü çox kiçikdir və onları adi gözlə görmək mümkün deyil. Sinxua xəbərlər agentliyinin məlumatına görə, sözügedən nanorobot ölçüsünə görə iynənin ucundan 5000 dəfə kiçikdir.

XalqTV.com ICTnews-a istinadən bildirir ki, dezoksiribinuklein turşusu (DNT) əsasında işləyən robot boruşəkilli struktura malikdir, onun uzunluğu təxminən 90 nanometr, diametri 19 nanometr təşkil edir. Nanorobotlar öz konstruksiyası sayəsində araşdırmalar aparmağa kömək edəcək və özləri şişləri tapacaqlar. Bundan sonra təhlükəli şişin qanla təmini blok ediləcək. Nəticədə şiş bir neçə həftə sonra məhv olmağa başlayacaq. Nanorobotlar siçanlar üzərində sınaqdan keçirilib. Bir neçə gün və ya həftə ərzində şişin ölçüsünün xeyli azalması, çox vaxt isə tam məhv olması müşahidə edilib.

>

"Kimyəvi terapiya və radiasiyadan fərqli olaraq DNT nanorobotları yaxınlıqdakı sağlam toxumalara ziyan vurmadan şişləri müalicə etmək qabiliyyətinə malikdir. Nanorobotlar beyində toplanmır və beləliklə, insult riski yoxdur" - alim Çjao deyib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45970 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 864 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 863 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 854 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 953 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO

Warning: fopen(../cache/2026/05/12/cached-xeber-14151-nanorobotlar-xerceng-ile-mubarize-aparacaq..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11