Dünya

Türkiyə İsveçə nota göndərdi

  • 08 Mar 2018
  • 287 baxış

Türkiyə Suriya kürdlərinin eks-lideri Saleh Müslümün həbs tələbi ilə bağlı İsveçə nota göndərib.

XalqTV.com-ın Trend-ə istinadən məlumatına görə, Saleh Müslüm hazırda İsveçin paytaxtı Stokholmda yerləşir.

Rəsmi Ankara onu Türkiyədə iri terror aktlarının törədilməsində ittiham edir və onun təhvil verilməsini tələb edir.

>

Bundan əvvəl Praqa şəhər məhkəməsi Çexiyada həbsdə olan kürd liderin buraxılması barədə qərar qəbul edib. Analoji qərar Ankarada mənfi qarşılanıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR