Dünya

Listerioz CAR-da 180 nəfəri öldürdü

  • 09 Mar 2018
  • 334 baxış

Cənubi Afrika Respublikasında (CAR) listerioz xəstəliyinin yayılması nəticəsində son 2 ay ərzində 180 nəfər həyatını itirib.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, yerli səhiyyə idarəsi xəstələrdən götürülən analizlərin nəticələri əsasında ölkədə listeriozla bağlı əhaliyə xəbərdarlıq edib.

Məlumata görə, xəstəliyin əlamətləri ət məhsulları, qurudulmuş kolbasalardan istifadə etdikdən sonra yaranıb.

>

Qeyd edək ki, listerioz zoonoz mənşəli xəstəlikdir, heyvanlardan və süd məhsullarından keçir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR