İqtisadiyyat

Azərbaycana maşın idxalında 50 faiz artım

  • 09 Mar 2018
  • 464 baxış

Dövlət Gömrük Komitəsi bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana gətirilən avtomobillərin sayını açıqlayıb. 

XalqTV.com qafqazinfo-ya istinadən xəbər verir ki, 2 ayda ölkəyə 2 065 ədəd avtomobil idxal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Belə ki, 2017-ci ilin yanvar-fevral aylarında 1062 avtomobil gətirilib. 

Avtomobillərin 11 ədədi motorlu nəqliyyat vasitələri, 1 867 ədədi minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 182 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 5 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

>

2017-ci ilin Yanvar-Feval aylarında Azərbaycana 1 003 ədəd nəqliyyat vasitəsi, o cümlədən 852 ədəd minik avtomobili, 139 ədəd yük avtomobili, 5 ədəd avtobus və 7 ədəd xüsusi təyinatlı texnika idxal olunmuşdu.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-14185-azerbaycana-mashin-idxalinda-50-faiz-artim..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11