idman

Venger Ferqyusonu keçdi

  • 09 Mar 2018
  • 287 baxış

"Arsenal"ın baş məşqçisi Arsen Venger "topçular"ın "sükanı arxası"nda 22-ci ilini keçirir.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis "Mançester Yunayted"in əfsanəsi Aleks Ferqyusonu geridə qoyub.

Belə ki, Venger Premyer Liqa tarixində eyni komandada ən uzun müddət çalışan məşqçi ünvanını ələ keçirib. Ona qədər rekord Ferqyusona məxsus idi. Doğrudu, şotlandiyalı mütəxəssis 1986-cı ildən 2013-cü ilə qədər "qırmızı şeytanlar"a rəhbərlik edib. Lakin Premyer Liqa 1992-ci ildə yarandığından, Ferqyusonda göstərici 21 ildi.

>

Premyer Liqada bir klubda ən uzun müddət çalışmış məşqçilər:

1. Arsen Venger ("Arsenal"): 1996 - ...
2. Aleks Ferqyuson ("Mançester Yunayted"): 1992-2013
3. Devid Moyes ("Everton"): 2002-2013
4. Harri Rednapp ("Vest Hem"): 1994-2001
5. Rafael Benites ("Liverpul"): 2004-2010
6. Alan Kerbişli ("Çarlton"): 2000-2006
7. Sem Ellardays ("Bolton"): 2001-2007
8. Jerar Ulye ("Liverpul"): 1998-2004
9. Cim Smit ("Derbi Kaunti"): 1996-2001
10. Bobbi Robson ("Nyukasl"): 1999-2004

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR