Xəbərlər

2 avtomobil toqquşdu: yaralı var

  • 10 Mar 2018
  • 1555 baxış

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Xalqtv.com-a istinadən xəbər verir ki, səhər saatlarında rayonun əsas magistralında iki minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən Neftçala rayon sakini, 1959-cu il təvəllüdlü İsmayıl Qardaş oğlu Əhmədov müxtəlif bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti isə ağır qiymətləndirilir.

Fakt araşdırılır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR