Gün ərzində nə qədər duz qəbul etmək olar?
Çoxlu duz qəbul etmək təzyiqdən əziyyət çəkən insanlara ziyandır. Bu, hətta düzgün həyat tərzi keçirən təzyiqli adamlara da aiddir.
XalqTV.com novator.az-a istinadən bildirir ki, Böyük Britaniyanın London İmperiya Kolleci və ABŞ-ın Şimal-Qərb Universiteti alimlərinin apardığı araşdırma bunu təsdiqləyib.
Mütəxəssislər bir neçə il ərzində 4 mindən çox insanın qida rasionunu araşdırıblar. Həmin adamlar 40-59 yaş arasında olub. Qida rasionunda qan təzyiqini aşağı salan məhsulların (C vitamini ilə ilə zəngin meyvə-tərəvəz, lif və omeqa-3-doymamış yağ turşuları da daxil olmaqla) miqdarı da tədqiqata cəlb edilib.
İştirakçıların səhhəti, sidik nümunələrində kalium və natrium ionlarının konsentrasiyası, həmçinin insanların çəkisi və arterial təzyiqi də analizdən keçirilib.
>Tədqiqat hipertoniya (qan təzyiqi) xəstəliyi ilə çoxlu duz qəbul etmək arasında əlaqəni üzə çıxarıb. Alimlər bildirirlər ki, hər qəbul edilən əlavə 7 qram natrium-xlorid, yəni duz arterial təzyiqi civə sütununda 3,7 millimetr yuxarı qaldırır. Tədqiqat iştirakçıları hətta tərkibində kalium və ürək, qan-damar sistemi üçün faydalı olan digər qidalar qəbul edəndə də onların təzyiqi normaya düşməyib.
Ona görə də mütəxəssislər gün ərzində 6 qramdan artıq düz qəbul etməyi məsləhət görmürlər.
XalqTV.com